Foodcity Aqropark
Layihənin təsviri
📌Xudatda yeni fəaliyyətə başlamış “Foodcity Aqropark” Azərbaycandakı ən böyük regional aqrokomplekslərdəndir. Aqrokompleks 12 hektar ərazidə salınıb. Logistika mərkəzi, nəzarət-buraxılış məntəqələri, inzibati binalar, soyuducu anbarlar, çeşidləmə-qablaşdırma sahələri, ofis, qonaq evi, restoran və digər çoxsaylı tikililəri özündə birləşdirir.
Kompleksin inşası zamanı ən yüksək keyfiyyət üçün #TurquoiseGroup-un təqdim etdiyi #Dramix 4D polad tellərindən, dərz dolğu fitillərindən, poliuretan dolğu materiallından və sement əsaslı, ağır yükə davam gətirə biləcək yeni hamarlanmış döşəmə betonu səthlərinə toz şəklində səpilərək tətbiq olunan MasterTop® 430 məhsulundan istifadə olunmuşdur.
#Dramix4D müxtəlif dəmir-beton strukturları üçün ideal möhkəmləndirmə vasitəsidir. #TurquoiseGroup-un təqdim etdiyi bu polad tellər tikililərdə daimi möhkəmlik yaratmaq üçün istehsal olunub. Yüksək dartılma gücü və özəl 4D® ankeri ilə C70-ə qədər yüksək dayanıqlı beton növlərində tətbiq üçün nəzərdə tutulub. İstifadəsi çox rahat və sərfəlidir.
#Dramix4D məhsulunun qarmaq ucları xüsusi hazırlanıb və unikal kombinasiya yaradır. Bu polad tellər çatların enini 0,1 mm-ə qədər effektiv şəkildə məhdudlaşdırır. Beləliklə, yüksək dayanıqlı beton + əlavə dartılma gücünə malik polad tel + incə diametr + optimallaşdırılmış 4D qarmaq dəmir-beton strukturun dayanıqlılığını ideal səviyyəyə çatdırır.
Master Builders Solutions brendinə aid yüksək effektivliyə malik MasterSeal su izolyasiya və germetizasiya məhsulları aqrokompleksdəki beton konstruksiyaları ətraf mühitdəki suyun, nəmişliyin və çirkləndirici maddələrin təsirindən qorumaqdadır. Tikinti zamanı betonun strukturunun qorunması məqsədilə MasterEmaco təmir sistemləri də tətbiq olunub.
Layihədən məsul şəxs - Vüqar Musayev