Layihələr

Novus Plastica

“Novus Plastica” MMC polimer materialların emalı müəssisəsi

Layihənin təsviri 

📌 Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti “Novus Plastica” MMC polimer materialların emalı məqsədilə qurulmuş modern müəssisədir.

Zavodun tikintisi zamanı #Dramix4D polad tellərindən, ağır yükə davamlılıq məqsədilə döşəmə betonu səthlərinə səpilərək tətbiq olunan #MasterTop 430 məhsulundan, #Proco dərz dolğu fitillərindən, yer betonun genişlənmə nəticəsində çatlamamağı üçün yer betonu ilə konstruktiv elementlər (divar, kolon, riger, kanal, lyuk və s.) ilə bir-birindən izolyasiya edilməsi üçün 15-20 mm qalınləqda polietilen lövhə (klimaflex-dən), beton konstruksiyaları su, nəmişlik və çirkləndirici maddələrin təsirindən qoruyan #Masterseal NP474 izolyasiya və germetizasiya mastikindən istifadə edilib.

#Dramix4D müxtəlif dəmir-beton strukturları üçün ideal möhkəmləndirmə vasitəsidir. #TurquoiseGroup-un təqdim etdiyi bu polad tellər tikililərdə daimi möhkəmlik yaratmaq üçün istehsal olunub. Yüksək dartılma gücü və xüsusi hazırlanmış 4D® ankeri ilə C70-ə qədər yüksək dayanıqlı beton növlərində tətbiq üçün nəzərdə tutulub. İstifadəsi çox rahat və sərfəlidir.

#Dramix4D məhsulu ilə yüksək dayanıqlı beton + əlavə dartılma gücünə malik polad tel + incə diametr + optimallaşdırılmış 4D qarmaq dəmir-beton strukturun dayanıqlılığını ideal vəziyyətə gətirir.

Layihədən məsul şəxs - Vüqar Musayev, Abdul Nuriyev, Fuad Babayev