Layihələr

flushing prosesi

İqtisadiyyat Nazirliyinin İnzibati binası

Layihənin təsviri 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2021-ci ildə istifadəyə verilmiş yeni inzibati binası Bakının ən müasir memarlıq komplekslərindəndir. Bina innovativ həllərlə inşa edilib. Onun dizaynı ABŞ-da “İnşaat Mühəndisliyində Mükəmməllik” ("Engineering Excellence Award") və “Ləyaqət” ("Merit") mükafatlarına layiq görülüb. 

Bina bir-birindən asılı olmayan və aşağıdan yuxarıya doğru 40 dərəcə fırlanma effekti yaradan 5 kub formasındadır. Hər kub 5 ofis mərtəbəsini özündə birləşdirir. Belə kreativ konstruksiya binanın boru xətlərinin kimyəvi yuyulması işində də xüsusi peşəkarlıq tələb edir.

Bu işi Nalco Water şirkətinin Azərbaycandakı eksklüziv rəsmi distributoru və tətbiqçisi olan #TurquoiseGroup yerinə yetirib.

“Binaların soyutma və qazanxana sistemlərində, eləcə də su təchizat xəttlərində montajdan, yaxud uzun istismar müddətindən sonra mütləq ərp, pas, kirəc və orqanik çirklənmələr yaranır. Boru xətlərinin kimyəvi yuyulması (flushing) həmin sistemlərin kimyəvi maddələr vasitəsilə və xüsusi texnologiya ilə yuyulmasıdır. Şirkətimizin təqdim etdiyi #Flushing xidmətlərini ixtisaslaşmış mühəndislərimiz həyata keçirir. Prosesdə xüsusi kimyəvi maddələrdən istifadə olunur. Beləliklə ən çətin yerlərdəki çirklənmələr də tamamilə təmizlənir və sistem bütövlükdə qorunmuş hala gətirilir. Çox vacib məqam odur ki, flushing prosesi üçün sistemin sökülməsinə ehtiyac qalmır, bu da əhəmiyyətli dərəcədə zaman qazandırır”, satış və marketinq direktoru Cahangir Safarov vurğulayıb.

 

Layihədən məsul şəxs - Cahangir Səfərov