Layihələr

Biləcəri lokomotiv deposu

Layihənin təsviri

Əsaslı təmir-yenidənqurmadan sonra 2021-ci ildə istifadəyə verilmiş Biləcəri lokomotiv deposu texniki infrastruktur imkanlarına görə MDB məkanında bir ilkdir.

Depoda təmir və izolyasiya işlərini “Turquoise Group”-a daxil olan “Hedef İnşaat” şirkətimiz həyata keçirib. Şirkətimiz Master Builders Solutions brendinin məhsullarından geniş istifadə edib. Deponun döşəməsində MasterTop1273 sistemi tətbiq edilib.

MasterTop 1273 epoksi əsaslı döşəmə örtük sistemidir. Bu döşəmə ötrükləri hamar səthə malikdir, gigiyenikdir, çox asan təmizlənir. Daha çox orta-ağır mexaniki və kimyəvi təsirlərə məruz qalan döşəmələr üçün istifadə olunur.

Layihədən məsul şəxs - satış mühəndisi Abdul Nuriyev.