Azerfloat layihəsi
Layihənin təsviri
“Azerfloat” QSC-nin Sumqayıt Kimya Sənaye Parkında qurduğu vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformasiya metodu ilə şüşə hazırlamağa başlamış ilk müəssisədir.
Zavodun inşası zamanı döşəmə yer betonu işləri “Turquoise Group”-un nəzarəti ilə yerinə yetirilib. Bu prosesdə Dramix®4D 65/60BG məhsulundan istifadə edilib. Dramix - betona qatılan polad tellərdir. Dramix döşəmə yer betonu içərisində armaturun funksiyasını daha effektiv şəkildə əvəz edə bilməkdədir. Dramix polad telləri homogen şəkildə betonun hər bir hissəsinə bərabər şəkildə dağıldığı üçün betonda çatlama ehtimalını minimuma endirir və yaranmış olan çatların böyüməsinin qarşısını alır.
Şüşə istehsalı zavodunda “Turquoise Group”un müştərilərə təqdim etdiyi Arfen brendinə məxsus çatların kontrolu və alt döşəmə dilatasiya profilindən (AR 902-05) geniş istifadə edilib.
Arfen profil dəstlərinin üzərinə paslanmayan poladdan təbəqə çəkilib. Xüsusilə sənaye müəssisələrində onlar rahatlıqla tətbiq olunur. Ənənəvi sistemlərdən fərqli olaraq bu müasir profillər yükün ağırlığı bərabər paylaşdırır. Üzərindəki yüklərin sürəkli yerdəyişməsinə şərait yaradır. Gizli çatların yaranmasını nəzarətdə saxlayır və minimuma endirir. Ağır beton plitələrin ömrünü uzadır. Profillərin kənarlarında da çat və deformasiyalar əmələ gəlmir. Bu dəstlərin quraşdırılması və müəssisənin fəaliyyəti zamanı onlardan istifadə minimal xərc və insan əməyi hesabına başa gəldiyindən çox qənaətlidir.
Müəssisənin döşəmə örtükləri Ucrete səth örtüyü materialları ilə işlənib. Çünki bu cür spesifik müəssisələrdə innovativ Ucrete məhsulları mexaniki təsirlərə qarşı müstəsna davamlılıq yaradır.
Layihədən məsul şəxs - satış meneceri Vüqar Musayev