Layihələr

Abşeron Zeytun Bağları

Abşeron Zeytun Bağları

Layihənin təsviri

“Abşeron Zeytun Bağları” MMC-nin Zirədə qurduğu zeytun yağı və süfrəlik zeytun məhsulları emalı zavodu 4 min ton illik istehsal gücü ilə regionun bu sahədə ən böyük müəssisəsidir. 

“Turquoise Group”-a daxil olan “Hedef İnşaat” şirkətimiz bu layihənin içməli su hovuzlarının  izolyasiyasında Masters Builders Solutions brendinə aid MasterSeal525, MasterSeal930 və digər kimyəvilərdən istifadə edilib. Zavodun kimyəvi maddələr anbarında MasterProtect180 qoruyucu örtüklərindən və təxminən 10.000 kv.m sahədə dünyanın ən möhkəm poliuretan-sement əsaslı döşəmə örtüyü olan Ucrete materialından istifadə olunub. 

Ucrete döşəmə örtükləri yüksək temperaturun və aqressiv kimyəvi maddələrin təsirinə, həmçinin mexaniki təsirlərə müstəsna davamlılıq verən poliuretan əsaslı unikal səth örtüyü texnologiyasından istifadə edilməklə hazırlanır. Ucrete döşəmə örtükləri qida sənayesində, kimya və əczaçılıq sahələrində tətbiq olunaraq ideal döşəmə səthini təmin edir.

Layihədən məsul şəxs - satış meneceri Vüqar Musayev