Grout məhsulları (MBS)
MasterFlow® 928 – öz-özünə yayılan, bir komponentli, polimer möhkəmləndiricili sement əsaslı duru məhluldur.
TƏTBİQ SAHƏSİ
✅Arakəsmə və sütunların ucluqlarının hazırlanmasında;
✅Blok inşaat konstruksiyaların quraşdırılmasında;
✅Elektrik stansiyalarında turbinlərin sabitlənməsində;
✅Təməllərin üzərində generator, compresor və nasosların quraşdırılmasında;
✅Təməllərin üzərində müxtəlif sənaye dəzgahlarının quraşdırılmasında;
✅Polad sütunların özülə bərkidilməsində;
✅Dəmir-beton və polad hörgülərdə anker boşluqların doldurulmasında.
ÜSTÜNLÜKLƏRİ
✅Hazırlanması üçün ancaq suyun tələb olunması və taxta qəlibdə rahat yayılması;
✅Yüklərə qarşı yüksək dayanıqlığa malik olması;
✅Yüksək axıcılığa malik olması;
✅Suyunun ayrılmaması;
✅Plastiklik və erkən bərkimə mərhələsində genişlənməsi;
✅İstismar müddətində atmosfer təsirlərindən, özünün fiziki xüsusiyyətlərini dəyişdirməməsi;
✅Beton və armaturla yüksək ilişkənliyə malik olması;
✅Sukeçirməməzliyi;
✅Sulfat və xloridə qarşı dayanıqlı olması;
✅Yağa qarşı dayanıqlığa malik olması;
✅Donma – donu açılma dövrlərinə qarşı dayanıqlı olması;
✅Yığılmaması kimi üstünlüklərə malikdir.
SikaQrout-212® bir komponentli, qarışdırmağa hazır, mükəmməl axıcı xüsusiyyətləri, betona yüksək yapışma qabiliyyəti ilə sementli grout məhsuludur.