DuPont™ Tyvek® Solid
Turquoise Group-un təqdim etdiyi, Dupont markasına aid TyvekSolid dam membranı tikililərinizin divar və damlarını suyun, buxarlanmanın təsirlərindən qoruyur.
Elastik materialdan hazırlanmış TyvekSolid dam membranı çox yüngül quruluşa malikdir. Bu material dam və divarla birbaşa təmasda tətbiq olunur, təzyiq zolaqlarından istifadə edilərək sərilir və sabitlənir.
Quraşdırılması asan bu yüngül və elastik material istifadə edildiyi hər yerdə uzunmüddətli etibarlılığı təmin edir. Suya davamlılığı ilə tanınan və buxarı özünə keçirən TyvekSolid divar konstruksiyasını xarici hava şəraitindən və içəridəki kondensasiya təsirlərindən qoruyur. Tikilinin havalanma imkanını artırır, tətbiq olunduğu bütün yerlərdə uzun illər su və buxarın ziyanlı təsirlərinin qarşısını alır.