"Turquoise Group" ilə inşaatda müasir həllər - betonlarda armatur əvəzinə Dramix istifadəsi təklif olunur
Yer betonlarında iki qat armatur əvəzinə Dramix® polad liflər istifadə oluna bilər. İkiqat armatur əvəzinə Dramix® polad liflərin istifadəsi ilə betonun möhkəmliyi, qırılma enerjisi, zəlzələyə davamlılığı və uzun ömürlülüyü artır, döşəmə qalınlığı azalar, inşaat müddəti qısalar, işçi qüvvəsi və smeta xərcləri 15-20%-ə qədar azalır.
2002-ci ildə təsis edilən TURQUOISE MMC Azərbaycanda 22 ildir inşaat sektorunda müasir həll yollarını təqdim etməkdədir. Bunlardan biri yer və yol betonlarında, beton borularda, tunel betonları və hazır beton məmulatlarında istifadə edilən DRAMİX® polad lifləridir (fibra).
“Polad lif”li (DRAMİX-li) dəmir-beton nədir?
144 il öncə 1880-ci ildə qurulan Belçikanın Bekaert şirkəti tərəfindən ixtira edilib, dünyada 50 ildən, Türkiyədə 30 ildən çox geniş miqyaslı olaraq istifadə edilən və Bekaert şirkətinin qeydə alınmış brendi olan Dramix® polad liflərin tətbiqi Azərbaycanda ilk dəfə 2006-cı ildə həyata keçirilmişdir. Bekaert şirkətinin Türkiyədəki zavodunda istehsal edilən Dramix® markalı polad lifli dəmir-beton müəyyən tətbiq sahələri üçün, xüsusiylə yer və yol betonlarında, ənənəvi armaturlu betona alternativdir. Polad liflər betona qarışdırıldıqdan sonra 3 ölçülü, izotrop bir möhkəmləndirici rolunu oynamaqla betonu bir körpü kimi bir-birinə birləşmiş şəkildə tutub saxlayır və çatların əmələ gəlməsinin böyük ölçüdə qarşısını alır. Materialına, formasına, ölçüsünə və sair xüsusiyyətlərinə görə fərqlənən, müxtəlif polad lif növləri mövcuddur və onların betonun keyfiyyətinə təsirləri də fərqli olur. Lifin uzunluğu/diametri və dartılma müqaviməti həddi polad lif performansına ən böyük təsiri olan göstəriciləridir. Uzunluq/diametr nisbəti və dartılma müqaviməti həddi nə qədər yüksək olarsa, polad lifli dəmir-betonun perfomansı da bir o qədər yüksək olar.
Dramix-li betonun hansı tətbiq sahələri mövcuddur?
Dramix-li betonlar əsasən yol, avto dayanacaq (parkinq), anbar kimi ağır yükdaşıyan döşəmə betonlarında, tunel və metro kimi yeralatı tikililərdə, beton boru və diğər yarımfabrikat beton məmulatlarının istehsalında və dəmir-beton konstruksiyaların gücləndirilməsində tətbiq olunur.
Bundan başqa, xüsusi sahələr var ki, məsələn hərbi bölgələrdə bomba və sair silahlara qarşı qoruyucu sipərlərin tikintisində də istifadə olunur.
Dramix® Polad lifləri inşaat sahəsində betona əlavə etmək olarmı?
Bəli, beton zavodunda polad lifləri əlavə etmək mümkün olduğu kimi, polad lifləri inşaat sahəsındə də beton daşıyan maşına və ya beton qarışdırıcısına əlavə etmək olar.
Dramix® Polad liflər beton qarışığında topalanacaqmı?
Bekaert şirkəti betonda polad liflərin bir yerdə topalanmasının qarşısını almaq üçün xüsusi “Yapışqanlı Polad Lif” texnologiyasını yaratmışdır və bu texnologiyanın patentinə sahibdir. Lifləri bir birinə yapışdıran və suda həll olan xüsusi yapışqan sayəsində polad liflər beton qarışdırıldıqca tək-tək ayrılaraq betonun içində bir yerdə topalaşmayaraq onun bütün hissələrində bərabər miqdarda paylaşdırılır. Polad liflər beton içində bir birinə yaxın olaraq paylaşdığına görə tətbiq olunan yükü ötürmə və çatlaqların yaranmasının qarşısını alma kimi betona bir neçə müsbət xüsusiyyətlər qatır.
Müxtəlif polad liflər arasındakı fərqləri necə müəyyən etmək olar?
Polad lifli betonun çatlaqdan sonrakı dayanıqlılığı liflər arasındakı fərqləri müəyyən etmək üçün əsas xüsusiyyət həsab olunur. Çatlardan sonrakı dayanıqlılığı təmin etmək üçün əvvəlcə polad liflər betona bərabər olaraq yayılmalıdır,ki Dramix® polad liflər aralarındakı xüsusi yapışqan sayəsində betonun bütün hissələrinə bərabər şəkildə paylaşdırılır. Bundan əlavə, polad liflərin betondakı keyfiyyət performansı lifin uzunluğu, diametri, uzunluğun diametrə nisbəti, ankerləmə və dartılma gücündən də asılıdır. Betona qatılan lifin miqdarı tək başına keyfiyyəti təyin etməz. Lifin keyfiyyətini müəyyən edib lifləri fərqləndirə bilmək üçün yuxarıda sadalanan xüsusiyyətləri mütləq nəzərə almaq lazımdır. Həmçinin, dünyadakı beton mütəxəssisləri betonda istifadə olunacaq polad liflərin EN 14651 standartına uyğun olmasını tövsiyyə edirlər ki, bu da polad lifləri bir birindən fərqləndirmək üçün bir xüsusiyyət olaraq istifadə oluna bilinər.
Dramix® Polad liflər əvəzinə Sintetik mikro liflərdən istifadə etmək olarmı?
Polad və sintetik mikro liflər biri digərinin əvəzinə istifadə edilən məhsullar deyil. Hər iki lif növü betonda fərqli xüsusiyyətlər əldə etmək üçün istifadə olunur. Bu məhsullar bir birinə əvəzləyici deyil, bir birini tamamlayıcı məhsullar hesab olunur. Polad liflər, betonda yük tətbiqi ilə yaranan çatlardan sonrakı mərhələdə betonun yük daşıma qabiliyyətini təmin edərək betonda möhkəmləndirici rol oynayır, ancaq sintetik mikro liflər sadəcə yeni tökülmüş betonun səthindəki büzülmələr səbəbindən yaranan xırda çatlamaları azaldır və xüsusi betonlarda yanğına dayanıqlılığını artırır. Polad liflər ilə möhkəm bir dəmir-beton yaratmaq olar, ancaq sintetik mikro liflər dəmir-beton əldə etmə qabiliyyətinə sahib deyildir.
Dramix® Polad lifli dəmir-beton yer betonlarında iki qat atmatur tətbiqini əvəz edə bilərmi?
Bəli, polad liflər yer betonlarında iki qat armatur tətbiqini əvəz edə bilər. Lifin növü və miqdarı, tətbiq olunan yük və alt qatdakı torpağın sıxışma dəyərləri nəzərə alınaraq edilən texniki hesablamalar ilə müəyyən edilir.
Dramix® Polad lifli dəmir-betonun yer betonlarında iki qat armatur tətbiqinə görə faydaları nələrdir?
İki qat armatur əvəzinə Dramix® polad liflərin istifadəsi ilə betonun möhkəmliyi, qırılma enerjisi, zəlzələyə davamlılığı və uzun ömürlülüyü artar, döşəmə qalınlığı azalar, inşaat müddəti qısalar, inşaat işçiliyi və smeta xərcləri 15-20%-ə qədar azalar. Bundan əlavə polad liflər betonda yaranacaq çatları və o çatların getdikcə böyüməsini daha yüksək səviyyədə nəzarətdə saxlamaq qabiliyyətinə sahibdir, bu da polad lifli dəmir-betonlarda armaturlu yer betonlarına nisbətən daha az və daha kiçik çatlar olacağı deməkdir.
Bu üstün xüsusiyyətləri sayəsində Azərbaycanda 18 il ərzində 1.200.000 m2-dan çox yer və yol betonlarında, kilometrlərlə çirkab su tunel betonlarında Dramix® polad lifləri uğurla istifadə edilmişdir.
Dramix® Polad liflərin tikilinin uzunömürlüyünə təsiri necədir?
Vaxt keçdikcə armaturlu yer betonlarının künclərində qırılma, ovulma və qıvrılmalar meydana gəlir, ağır yüklərin tətbiqi zamanı isə böyük çatlar yarana bilər. Ancaq Dramix®-li betonlarda bu cür problemlər minimuma endirilir. Polad liflər betonun hər tərəfində bərabər yayıldığına görə yer betonunun temperatur şovlarında və künclərində qırılma, ovulma və qıvrılmalar olmur. Əyilmədə möhkəmlik həddi və elastiklik modulu yüksək, qırılma enirjisi isə çox yüksək olduğuna görə betonun ağır yüklərə qarşı müqaviməti və davamlılığı yüksək olur.Buna görə də, polad lifli beton armaturlu betona görə daha uzunömürlü sayılır.
Niyə adətən parlaq Dramix® polad liflərdən istifadə olunur?
Parlaq polad liflər beton səthini pas ləkələrindən azad edir. Sınaqlar göstəri ki, parlaq polad liflər 0,3 mm çat genişliyində belə korroziyaya qarşı qoruyur və nəticədə korroziyasız əldə edilən bir səth betonun davamlılığını da artırır.
Dramix® markalı Polad liflərin neçə növü vardır?
Bekaert şirkətinin Dramix® parlaq polad liflərinin 8 növü vardır. Dramix® polad lif istifadəsi ilə həm iş sahibləri, həm də podratçılar vaxta və pula qənaət edərək hər şəraitə dözümlü və olduqca dayanıqlı bir beton əldə edirlər.
Dramix® polad liflər ilə inşa edilən betonlarda hansı tip lifdən istifadə ediləcəyinə sahə və yer şərtləri, beton xüsusiyyətləri, betonun məruz qalacağı dinamik və statik yüklər kimi amillər nəzərə alınaraq edilən detallı hesablamalar nəticəsində qərar verilir. Bu hesablamalar Bekaert şirkətinin Azərbaycandakı rəsmi səlahiyyətli distribyutoru TURQUOISE MMC-nin mühəndisləri tərəfindən edilir və şirkətinin mühəndisləri Dramix® polad liflərin istifadəsi zamanı bütün lazımi məsləhət xidmətlərini təmənnasız olaraq müştərilərə iş başlayandan bitənə qədər verməkdə davam edirlər.
Azərbaycanda Dramix® -li betonların istifadə olunduğu başlıca layihələr hansılardır?
✅ Qarabağdakı tunellərdə-örtmə, püskürtmə betonları, keçid betonları
✅ 28 Mall Anbarı, yer betonu
✅ Agro Dairy Hacıqabul Layihəsi, sahə betonu
✅ Agro Kimya, yer betonu
✅ Amoris Meyvə və Tərəvəz Ambarı, yer betonu
✅ Astara Çay Fabriki, yer betonu
✅ Azercell Ambarı, yer betonu
✅ Azerfloat Şüşə Fabriki, yer betonu
✅ Azersu çirkab su tunelləri , seqmentlər
✅ Azersun Ambarları, yer betonları
✅ Azərtexnolayn Polad və Polietilen Boru Fabrikləri,yer və sahə betonu
✅ Azgranata, yer betonu
✅ AZZA istehsalat kompleksi ,yer betonu
✅ Bakı Alov Qüllələri (Flame Towers), avto dayanacaq betonları
✅ Bakı Expo Center, yer betonu
✅ Bakı Nəqliyyat Agentliyi (BNA), sınaq və təlim sahəsi
✅ BASF Caspian Fabriki, yer və sahə betonu
✅ BCC Group, yer betonu
✅ Big-X Meyvə və Tərəvəz Ambarı, yer betonu
✅ Bravo Mərkəz Ambarı və Supermarketləri, yer və sahə betonları
✅ Dövlət Bayraq Meydanı və Milli Park, sahə betonu
✅ Cahan Holding ambarı, yer betonu
✅ Coca-Cola, sahə betonu
✅ Füzuli Beynəlxalq Hava Limanı, yer betonu
✅ FORMULA-1 Azərbaycan Qran-prisi, hazırlıq işləri
✅ Gemza, anbar ve istehsalat sahəsi, yer betonu
✅ Xudat Agropark, yer betonu
✅ İqtisadiyyat Nazirliyinin İnzibati Binası, müxtəlif betonlar
✅ Knauf Alçıpan Fabriki, yer betonu
✅ Qobu İstilik Elektrik Stansiyası,yer betonu
✅ Metak, yer betonu
✅ Mərkəzi Bankın yeni inzibati binası
✅ Park Bulvar Mall, sahə betonu
✅ PMD Türkan Gübrə anbarı , yer betonu
✅ R-Farm Dərman Fabriki, yer betonu
✅ Ritz-Carlton Hotel,autopark yer betonu
✅ Saloğlu Mebel Ambarı, yer betonu
✅ Tabaterra Tütün Fabriki, yer betonu və s.