Məhsullar

Turquoise Group,  Dramix4D, steel, concrete, construction, durable, structural steel, prefabricated construction

Dramix 4D

Dramix4D müxtəlif dəmir-beton strukturları üçün ideal möhkəmləndirmə vasitəsidir.  

TurquoiseGroup-un təqdim etdiyi bu polad tellər tikililərdə daimi möhkəmlik yaratmaq üçün istehsal olunub. Yüksək dartılma gücü və özəl 4D® ankeri ilə C70-ə qədər yüksək dayanıqlı beton növlərində tətbiq üçün nəzərdə tutulub. İstifadəsi çox rahat və sərfəlidir.

Dramix4D məhsulunun qarmaq ucları xüsusi hazırlanıb və unikal kombinasiya yaradır. Bu polad tellər çatların enini 0,1 mm-ə qədər effektiv şəkildə məhdudlaşdırır. Beləliklə, yüksək dayanıqlı beton + əlavə dartılma gücünə malik polad tel + incə diametr + optimallaşdırılmış 4D qarmaq dəmir-beton strukturun dayanıqlılığını ideal səviyyəyə çatdırır.

Dramix4D məhsulları bu tətbiqlər üçün çox əlverişlidir:

✅ Seqmentləşdirilmiş tunel örtükləri;
✅ Döşəmələr;
✅ Xarici beton;
✅ Dəniz, eləcə də başqa su hövzələrində qurulan strukturlar;
✅ Orta və yüksək möhkəmlik tələb edən sistemlər;
✅ Qrunt sularının bioloji və kimyəvi cəhətdən təcrid olunması;
✅ Prefabrik konstruksiyalar və s.