Dramix®
Beton möhkəmliyini təmin etmək üçün
Polad Teller
Dramix® Nədir?
Beton içərisinə qatilan polad tellərdir. Dramix müasir mühəndisliyin yeni məhsullarından olub beton içərisində armaturun funksiyasını daha effektiv bir şəkildə əvəz ede bilməkdədir. Fərqli diametr ve uzunluqlarda dəyərli iş ortaqlarımıza təklif edilir. Yapışqanlı və Uclarından qarmağlı polad tellər Dramix® markası altında məhsul, marka və dizayn patentinə sahibdir.
Dramix® Haralarda istifadə olunur?
Məhsul əsasən üç sahədə geniş olaraq istifadə olunur:
- Döşəmə(yer), Şap, sahə betonlarında
- Püskürtmə beton istifadələrində
(tunellər, yamac sabitləşdirməsi, anbarlar kimi)
- Əvvəlcədən tökülmüş beton bloklarda
(yarım fabrikat panellər, beton borular kimi, segmentler)
Dramix® Necə istifadə olunur?
20 kg-lık torbalarda satılan Dramix, beton qarışımı içərisinə qarışdırma əsnasında qatılır. Dramix qarışımın içərisinə homogeny(homojen) bir şəkildə dağılır və başqa yük daşıma donatısına gərək qalmadan istifadə edilə bilən bir beton əldə edilir. Beton tökümü zamanı hər hansı əlavə iş görülməyə ehtiyac qalmır.
Dramix®in üstünlükləri nələrdir?
Praktik olaraq:
Beton içərisində armatur istifadəsi üçün lazım olan vaxta qənaət edilir. Misal olaraq, bitirilməsi üçün 10 gün lazım olan bir sahə beton işini Dramix ilə 7 gün içərisində bitirmək mümkün olur. Xüsusilə tunel vəya beton panel və boru istehsalı zamanı işi bitirmə müddəti daha çox qısalır.
Beton içərisində armatur istifadəsi zamanı betonun bütün nöqtələrinin eyni şəkildə möhkəmliyini cox vaxt təmin etmək mümkün olmur, ama bu təminat Dramix ilə hər zaman mümkündür.
Texnik olaraq:
Dramix'li betonun ən böyük xüsusiyyəti gərilmə qabiliyyətinin artmasıdır. Daha texniki bir dillə desək; betonun enerji saxlama tutumu artar ki, bu da saysız akademik araşdırma və paktiki təcrübələrlə sübut edilmişdir.
Dramix ilə möhkəmlik bütün betona bərabər şəkildə dağıldığı üçün beton çatlamaları mümkün ola biləcək minimum səviyyəyə endirilir.
Dinamik və ani yükləmələrə qarşı Dramix'li beton yüksək müqavimət göstərir. Xüsusilə dəlmə və deşmə təsirinə qarşı müqaviməti sübut edilmişdir. Armatur istifadəsindəki dərz açıklığından daha çox dərz açıqlığı əldə edilə bilinir.
Ekonomik olaraq:
Betonun davamlılığı artır və daha uzun ömürlü olur. Dramix'li beton ilə, döşəmə qalınlığı böyük ölçüdə azaldıla bilinir. Dramix ilə inşaat müddəti qısaldılır və toplam maliyət 10-15 % daha az olur.
Referanslarımız:
![]() |
PAŞA Strabag – Sahə betonu 1.000 m2 PAŞA Strabag – Bank Kassa Otağı |
![]() |
AZERSUN – Anbar zəmin betonu 75.000 m2 |
![]() |
Azercell - Anbar zəmin betonu 1.000 m2 | ![]() |
Dövlət Bayraq Meydanı – 240.000 m2 |
![]() |
Flame Towers–Avtopark sahə betonu 80.000 m2 |
![]() |
BASF - Anbar zəmin betonu 1.300 m2 BASF - Saha Betonu 2.000 m2 |
![]() |
Trump Tower - Avtopark sahə betonu 15.200 m2 |
![]() |
Baku Cargo Terminal – Anbar zəmin betonu 1.500 m2 |
![]() |
Piramida Inşaat – Tunel Segment hazırlanması 1.200 t |
![]() |
Hidro Park Holding - Anbar zəmin betonu 70.000 m2 |
![]() |
Park Bulvar – Yol betonu 1.500 m2 | ||
Daha ətraflı məlumat üçün: http://www.bekaert.com/