Drenaj Lövhəsi
Drenaj Lövhəsi nədir?
Drenaj lövhəsi, yüksək sıxlıqlı polietilendən istehsal olunan və tikilinin nəmə və yüksək təzyiqli yeraltı sularına qarşı qorunmasını təmin edən, çoxməqsədli inşaat materialıdır. Yeraltında edilən su izolyasyalarının qorunması üçün ideal qoruyucudur. Yarım konusşəkilli qabardılmış elastik səthiylə üzərinə gələn bütün zərbə təsirlərini udur, tikilidəki cuxuru doldurarkən meydana gələ biləcək zədələrin qarşısını alır və yeraltı sularının drenaj olunmasını təmin edir.
Drenaj Lövhəsinin əsas xüsusiyyətləri:
- Suyu tikilidən sürətli və doğru bir şəkildə uzaqlaşdırır
- Bina təməllərinin və zirzəmilərin rütubətdən qorunmasını təmin edir
- Yüksək təzyiq müqavimətinə malikdir
- Xüsusi istehsal xammalı sayəsində uzun ömürlüdür, torpaqda çürümür
- Zərbələrə dayanıqlıdır, deformasiya olmur
- Ətraf mühitə zərərli təsiri yoxdur
- Binalarda edilmiş izolyasyanı istifadə yerindən asılı olaraq mexaniki təzyiqlərə, kimyəvilərə və bitki köklərinə qarşı qoruyur.
Drenaj Lövhəsi haralarda istifadə olunur?
Məhsul əsasən aşağıdakı sahələrdə geniş olaraq istifadə olunur:
- Tikinti təməllərində
- Xüsusi beton divarlarda
- Yeraltı qarajlarda
- Metro və dəmiryolu tunellərində
- Rütübətli zirzəmilərin divar və döşəmələrində
- Bağ, bağça və terraslarda
Referanslarımız:
![]() |
TEKFEN İnşaat | ![]() |
NORTH WEST İnşaat |
![]() |
AzVirt |
![]() |
GRAVİTY | ![]() |
İLK İnşaat |
![]() |
AVTO Azərbaycan |
![]() |
Bayburt İnşaat | ![]() |
Avropa Azərbaycan Məktəbi |