Bu il , 2002-ci ildə qurduğumuz TURQUOISE MMC-nin 15-ci yaşını qeyd edirik.
15 ildir , öncəliklə Azərbaycan və Türkiyənin güclənməsi yolunda , qanunlar
çərçivəsində çalışmağı başlıca prinsipinə çevirmiş TURQUOISE MMC,bütün gücünü
hər biri ayrı bir dəyər olan sizlər kimi çox dəyərli dostlarımızdan almaqdadır.
TURQUOISE ailəsi olaraq , 15-ci yaşımızı qeyd etdiyimiz bu ili unudulmaz etmək
üçün 2016-cı ildə «Aprel döyüşləri» nəticəsində tam təhlükəsizliyi təmin edilən və
bu gün etibarıyla 50 məcburi qaçqın və köçkün ailənin məskunlaşdığı
Cəbrayıl Rayonunun Erməni işğalından azad edilmiş ilk kəndi olan
Cocuq Mərcanlıda dostlarımızın xatirəsinə hər evin bağçasında 16 ədəd olmaqla,
5 Yanvar 2018-ci il tarixdə toplam 800 ədəd meyvə ağacı əkdik.
Bu vəsilə ilə 2018-ci ilin ; Azərbaycan və Türkiyəyə sülh və əmin - amanlıq gətirməsini,
Dünyada müharibələrin sona çatacağı anlayışların üstün tutulmasını və
işğal altındakı torpaqlarımızın ən yaxın gələcəkdə azad olmasını arzu edirik…
Ən səmimi hörmət və sevgilərimizlə…
TURQUOİSE AİLƏSİ.